Arutyunyandan 200 milyonluq fırıldaq - Paşinyan QƏRAR VERƏCƏK

Arutyunyandan 200 milyonluq fırıldaq - Paşinyan QƏRAR VERƏCƏK

Ermənistan hakimiyyəti son vaxtlar Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində fəaliyyət göstərən terrorçu lider Arayik Arutunyandan narazı qalıb.
 
Modern.az Ermənistanın "Past” qəzetinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Arutunyanın əvəzlənməsi barədə düşünür.
 
"Paşinyan Qarabağa ayrılan maliyyə yardımı ilə bağlı audit təşkil etməyi düşünür. Ermənistan büdcəsindən ayrılan vəsaitlərin konkret hansı işlərə xərcləndiyi məlum deyil”.
 
Qəzet Paşinyan hökuməti Qarabağa ayırdığı 200 milyon dollar vəsaitin təyinatı üzrə xərclənmədiyini, yeyinti və korrupsiya hallarının vüsət alması barədə çoxsaylı şikayətlər alıb.
 
"Paşinyanın Arutunyana inamının itdiyi lakin hazırda daha ciddi problem olduğu üçün bu məsələyə sonra baxılacağı gözlənilir”- deyə qəzet yazıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az