Aşıq Əlinin qohumunu öldürən şəxsə hökm oxundu - 19 il həbs

Aşıq Əlinin qohumunu öldürən şəxsə hökm oxundu - 19 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V. Neymətov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Artıq onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baxılıb.
Apellyasiya şikayəti üzrə qərar yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, qətl ötən il Qobustan rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Neymətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Bildirilib ki, Vüsal Neymətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Fəxri Kərimov Vüsal Neymətovu döyüb.
Qətlə yetirilən şəxs Aşıq Əlinin qohumudur.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az