ATEF şirkətlər qrupunda qanunsuzluq: işdən çıxarılan işçilərə qarşıhaqsızlıq

ATEF şirkətlər qrupunda qanunsuzluq: işdən çıxarılan işçilərə qarşıhaqsızlıq

ATEF şirkətlər qrupunda  qanunsuzluq: işdən çıxarılan işçilərə üzülüşmə pulları yarı-yarımçıq ödənilib.

Bərdə rayon sakinləri Faiq və Ramin Musayev qardaşları 5 il ATEF şirkətinin dəmir yolu sahəsində çalışıblar. Vəzifələri maşinist olan qardaşlar sonda ixtisar adı ilə işdən kənarlaşdırılıblar. Faiq Musayev redaksiyamıza şirkətin onlarla üzülüşməsindən narazı qaldığını bildirməklə şikayətlənib. O, bildirib ki, qardaşı ilə birgə onun işdən azad edilməsini şirkət rəsmisi işçilərin ixtisarı ilə əlaqələndirib. Hesablaşmaya gəlincə isə üzülüşmə düzgün yerinə yetirilməyib.

Belə ki, şirkətdə işləyən qardaşlara 5 il ərzində məzuniyyət verilməyib. Qarşılıqlı anlaşma olduğundan məzuniyyət verilməsə də Faiq Musayevlə qardaşı Ramin Musayev onlara tapşırılan işi yüksək səviyyədə yerinə yetiriblər. Faiq Musayevin dediyinə görə onlar iyul ayından işdən azad ediliblər. Üzülüşmə vaxtı şirkət əmək hüquqlarını kobud şəkildə pozaraq ödənilməli olan vəsaitin bir qismini verməkdən imtina edib. Hesablamaya görə tək Faiq Musayev 5 ilin məzuniyyət aylarına görə 1300 manat almalıdır. Ancaq şirkət bu məbləğdən xeyli az vəsait ödəyib. 600 manatdan artıq ödənilməli olan vəsait verilməyib.Faiq Musayev məlumatı dəqiqləşdirmək üçün e-sosial sisteminə daxil olub, oradan əmək müqaviləsinə uyğun hesablaşma cədvəli ilə tanış olub. Həmin cədvəldə aylar üzrə gəlirləri barədə əks olunan məlumatlarla tanış olub. Ona görə də vəsaitin tam fərqli məbləğlə ödənildiyini dəqiqləşdirə bilib.

Faiq Musayev onu da əlavə edib ki, onlara ödənilən məbləğ əslində çox olub. Rəsmi hesablamada ancaq az göstərilib. Rəsmi cədvəldə də göstərilən məbləğ faktiki ödənilənlərə uyğun olsa onlara daha çox üzülüşmə hesablana bilərdi. Ancaq indiki halda şikayətçi üçün  şirkətin ikili mühasibatlığı o qədər də maraqlı deyil. Əsas az məbləğə uyğun da olsa ona hesablanılmalı olan son hesabı almağı düşünür.
Bunun üçün də şirkətin rəhbərliyindən onunla və qardaşı Ramin Musayevlə bağlı aparılmış üzülüşmə hesabına yenidən baxılmasını xahiş edir.
Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az