ATƏT-dən acı Qarabağ etirafı

ATƏT-dən acı Qarabağ etirafı

"Təhlükəsizliyi təmin edə bilmirlər"

"ATƏT Qarabağda, münaqişə zonasında təhlükəsizliyi təmin edə bilmir". Bu bəyanatla Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. 

"Düşünürəm ki, bu mərhələdə çətin ki, ATƏT Minsk qrupunun 3 həmsədrinin etdiyindən daha çox şey edə bilər. Onlar fəal şəkildə Azərbayacan və Ermənistanla işləyir. Bir müddət öncə XİN başçılarının görüşü keçirilib. Təkrar görüş yaxın zamanda Nyu Yorkda təşkil ediləcək. Prezidentlərin də görüşə biləcəyi ilə bağlı bəzi məsələlər var”.

Bununla belə Rusiya nümayəndəsi qeyd edib ki, həmsədrlər sehirbaz deyillər və ölkələrin güc tədbiqinə yol verməməsinə təminat verə bilməzlər.

Buna ən yaxşı misal olaraq 4 iyul hadisələrini göstərmək olar. Ermənistan silahlı qüvvələri məhz həmin gün Füzulinin Alxanlı kəndini atəşə tutaraq 2 yaşlı Zəhra və nənəsinin öldürülməsinə yol açıblar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az