ATƏT PA-nın iclasında Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir

ATƏT PA-nın iclasında Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir
ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir.

Bunu ATƏT PA-nın nümayəndəsi Net Parri deyib.
N.Parri deyib: "Dağlıq Qarabağ münaqişəsi gündəlikdə yoxdur, biz bir çox mövzular ətrafında, o cümlədən Dağlıq Qarabağ münaqişəsi kimi uzanmış münaqişələr barədə fikir mübadiləsinin olacağını gözləyirik. İclasda Azərbaycandan və Ermənistandan parlamentarilər olacaq. Biz bu uzanmış münaqişənin nizamlanması üçün ümumi dilin tapılması məqsədilə sivil və konstruktiv dialoqa ümid edirik”.
Qeyd edək ki, ATƏT PA-nın 17-ci payız sessiyası oktyabrın 3-8-i Bişkekdə keçiriləcək. (trend)

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az