Çavuşoğlu Brüsseldə Paşinyanı necə təbrik etdi?

Çavuşoğlu Brüsseldə Paşinyanı necə təbrik etdi?

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüssel sammitində Nikol Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, erməni nümayəndə heyəti sammitin keçirildiyi zalda oturan zaman türk nazir əvvəlcə sürətlə onların yanından keçib, daha sonra isə geri qayıdaraq, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyana yaxınlaşıb. Bundan sonra isə Çavuşoğlu Paşinyan və nümayəndə heyətinin digər üzvləri ilə görüşüb:

"O, mənimlə tanış oldu və dedi ki, Ermənistandakı prosesləri diqqətlə izləyib və bu barədə kifayət qədər məlumatı var. Daha sonra isə Çavuşoğlu məni baş nazir seçilməyim münasibətilə təbrik etdi. Bundan başqa heç bir kontaktımız olmayıb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az