Çavuşoğludan erməni deputata şillə kimi cavab: “İndiyədək dedinizmi...”

Çavuşoğludan erməni deputata şillə kimi cavab: “İndiyədək dedinizmi...”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməni deputatı Qaro Paylanın açıqlamasında cavab verib.

Miq.Az xəbər verir ki, nazir bu barədə parlamentdə çıxışı zamanı danışıb.

Paylanın "Mənim xəyalım var, bu, Türkiyənin "qardaş Azərbaycan” dediyi kimi, "qardaş Ermənistan” deyə bilməsi ilə bağlıdır” açıqlamasında Çavuşoğlu belə cavab verib:

"Bu günə qədər "Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilsin” dedinizmi? Heç vaxt "Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Ermənistan oradan çəkilsin” demədiniz”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az