“Axşam bu haqda Putinlə danışdım” – Ərdoğandan Qarabağ açıqlaması

“Axşam bu haqda Putinlə danışdım” – Ərdoğandan Qarabağ açıqlaması

"Ölkəmizin dəstəyi sayəsində Azərbaycan ərazisi olan Qarabağdakı erməni işğalı ilk dəfə sona çatdı, qalıcı həll ümidləri ilk dəfə artdı”.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ölkəmizin dəstəyi sayəsində Azərbaycan ərazisi olan Qarabağdakı erməni işğalı ilk dəfə sona çatdı, qalıcı həll ümidləri ilk dəfə artdı. Dünənə qədər görünməyən və hətta bu mövzuda erməniləri açıq şəkildə dəstəkləyən Minsk Qrupunun həmsədrlərinin heç bir dəyəri yoxdur. .

Dünən axşam Rusiya Prezidenti Vladimir Putinlə bu məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. Bu görüşlə bu müddətdə hansı addımları ata biləcəyimiz barədə danışdıq. İnanıram ki, cənab Putinlə keçirdiyimiz bu görüşlərlə yanaşı, xüsusən də Rusiya-Türkiyə-Azərbaycan olaraq bölgədə suveren sülh üçün addımları atdıq. Bunu daha da genişləndirmək və inkişaf etdirmək şansımız var. Bu genişləndirmə və inkişaf işləri ilə bağlı cənab Putinlə də danışdıq. Üç ölkə xaricində bölgədəki ölkələrin içindən dördüncü və beşinci ölkələri bura daxil edərək, prosesi çox fərqli bir vəziyyətə gətirə bilərik.

Nəqliyyat məsələsinə gəldikdə, həm dəmir yolu, həm də quru yolu nöqtəsində Qərbdən Şərqə və Şimaldan Cənuba nəql prosesini həll edəcəyik və beləliklə azərbaycanlı qardaşlarımızın ən qısa müddətdə öz torpaqlarına qayıtmasına imkan yaradacağıq”, - Türkiyə lideri bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az