Azər Verdiyev: “Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb”

Azər Verdiyev: “Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb”
Bunu Miq.az saytına açıqlamasında QALİB-in sədri, ekspert Azər Verdiyev bəzi partiyaların seçkiləri baykot elan etməsinə münasibət bildirərkən deyib:
 
"Azərbaycanda seçkilərin 6 ay öncəyə təyin edilməsi tam qanunamüvafiqdir. Bugün ölkədə fəaliyyət göstərən bütün partiyalara bərabər imkanlar yaradılıbdır. Heç kim deyə bilməz ki, bizim partiyanın namizədi qanunsuz olaraq qeydə alınmadı. Vaxtın 6 ay öncəyə çəkilməsi isə reallıqları dəyişmir. Əgər kimin gücü varsa, kim özünə xalq arasında nüfuz toplaya bilibsə o da iştirak edəcək. Kimin heç ilkin imzanı toplamğa gücü yetmirsə dərhal seçkiləri baykot edir. Bu nəyə lazımdı, kimi aldadırıq biz? Əminəm ki, seçkilərdə layiqli olan qələbə qazanacaq və sonrakı dönəmdə ciddi islahatlara zəmin yaradacaq”
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az