“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert
ABŞ-ın Rusiyanın qonşuluğunda atdığı istənilən addım Moskvanın narahatlığına səbəb olur.
 
Modern.az  xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov açıqlama verib. Onun fikrincə, Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaz səfəri də Kremlin diqqətlə izlədiyi hadisədir.
 
"Gürcüstanın NATO üzvlüyünə çalışması Moskvanı narahat edir. Digər tərəfdən. rəsmi Tbilisi Vaşinqtonla ikitərəfli hərbi-siyasi əməkdaşlığı da genişləndirir”.
Markedoonovun fikrincə, Azərbaycan öz enerji resursları ilə ABŞ-ın diqqətindədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Moskvaya rəqib göstərilir.
 
Ekspert Yerevanın Rusiyanın hərbi-siyasi təsiri altında olduğunu vurğulasa da, narahatlıq üçün əsasların olduğunu da xatırladıb.
"Ermənistanın başında kütləvi etirazlara rəhbərlik etmiş eksentrik və xarizmatik lider durur. Və Moskva bu işdə Qərbin əlini görür”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az