Azərbaycan efirində rəzalət - VİDEO

Azərbaycan efirində rəzalət - VİDEO
"Lider" telekanalında canlı yayımlanan "Yarasa" proqramında Azərbaycan efirində görünməmiş hadisə baş verib.
 
Miq.az xəbər verir ki, Könül Yusifqızının aparıcılığı ilə təqdim olunan verilişdə efirə heç bir şəkildə uyğun olmayan ifadələr işlədilib, dialoqlar aparılıb.
 
Verilişin aparıcısı ilk öncə "şey" sözü ətrafında danışaraq qəribə şəkildə qəhqəhə çəkməyə başlayıb. Daha sonra isə qonaqlardan biri, Gülya Bakinskaya adlı müğənni çıxış edərkən "mən başlasam, türkün məsəli qurtarmaq bilmirəm" sözlərini işlədib. Bu məqamda studiyada hər kəs gülməyə başlayıb. Müğənni Elnar Xəlilov isə bu sözlərdən heyrətə düşüb, bir neçə saniyə əli ilə ağzını tutub.(axsam.az)
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az