Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb

Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb
2019-cu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 22 milyard 164,1 milyon manat təşkil edib.

Miq.az Trend-ə istinadən bildirir ki, əhalinin hər nəfərinə orta hesabla 2244,0 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20 milyard 386,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,0 faiz çox vəsait qalıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az