Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi - RƏSMİ

Azərbaycan güləşçisi Olimpiya medalından məhrum edildi - RƏSMİ

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. 

Miq.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək. 

Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008”də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az