Azərbaycan “İsgəndər” raketlərinə qarşı silah alır

Azərbaycan “İsgəndər” raketlərinə qarşı silah alır
Azərbaycan Belarusdan "Polonez” raket kompleksini almaq barədə müqavilə imzalayacaq.

Modern.az Rusiyanın "Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə bildirib.
Qeyd olunur ki, müqavilə bu il rəsmiləşdirilə bilər.
Alıcı ölkənin Azərbaycan olduğu açıqlanmasa da, Rusiya Müdafiə Nazirliyindəki yüksək rütbəli zabitlər bu ölkənin Azərbaycan olduğunu təsdiq ediblər. "Polonez” raketlərinin tərkibində 10 raket kompleksinin radiolokasiya sistemi və s. vasitələrlə təchiz olunduğu bildirilir.
Qeyd olunur ki, "Polonez” raket kompleksi Moskvanın Minskə "İsgəndər” raketləri satmaqdan imtina etməsindən sonra yerli müdafiə sənayesinin ekspertləri tərəfindən yaradılmışdı. Sistem 301 mm-lik, 200 kilometrə qədər hədəfi dəqiqliklə vuran raketlərlə təchiz olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az