Azərbaycan kuboku: “Qəbələ” və “Keşlə” finalda

Azərbaycan kuboku: “Qəbələ” və “Keşlə” finalda
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

 "Qəbələ” və "Keşlə” klubları finala vəsiqə qazanıblar.

İlk cavab oyununda "Sumqayıt” komandası "Keşlə”ni qəbul edib.

"Kapital Bank Arena”da keçirilən matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Matçın ikinci hissəsində, 62-ci dəqiqədə Sezar Meza Kolli "Keşlə”ni hesabda önə çıxarıb. Bu qoldan iki dəqiqə sonra Cavid İmamverdiyev hesabı bərabərləşdirib - 1:1. Oyun bu hesablada başa çatıb.

Beləliklə, ilk oyunda "Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn "Keşlə” komandası finala çıxıb.

Yarımfinalın digər cavab qarşılaşması "Neftçi” və "Qəbələ” komandaları arasında keçirilib.

Evdə "Neftçi”yə 1:2 hesabı ilə məğlub olan "Qəbələ” səfərdə dönüş edərək qələbəni təmin edib.

"Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı "Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb.

Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Beləliklə, finalda "Qəbələ” ilə "Keşlə” klubları üz-üzə gələcək.

Final oyunu mayın 28-də keçiriləcək.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az