Azərbaycan Ordusu Qarabağda rus qırıcılarını vura bilərmi?

Azərbaycan Ordusu Qarabağda rus qırıcılarını vura bilərmi?

Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın Naxçıvan -Türkiyə sərhədində 4-cü ordu korpusunun müdaxiləsi son günün əsas mövzularından biridir. Bəs görəsən Azərbaycana qarşı əməliyyatlara cəlb olunacağı təqdirdə hərbçilərimiz bu korpusun təyyarələrini vura bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Miq.Az-a açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək, ötən il Apreldə "dörd günlük" hərbi əməliyyatlardan sonra daha da artıb. Bu hərbi dəstəyin ardınca, ən başlıcası Rusiya-Ermənistan birgə qoşunun yaradılması oldu. Bu birgə qoşun növünə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası, Yerevanda Erebuni aviabazası və Ermənistanın Naxçıvan -Türkiyə sərhədində 4-cü ordu korpusu daxildir. Birgə qoşun növünün -4-cü korpusun komandirliyinə general Makaryan gətirildi. Rusiya belə bir ordunu yaratmaqda qeyd edirdi ki, Cənubi Hərbi Dairəsinə bağlı olacaq birgə qoşun Ermənistanın təhlükəsizliyi üçün nəzərdə tutulub. Amma, nizamnamədə hansı maddələrin yer alması hələki açıqlanmamışdı. Qeyd edim ki, Rusiyanın Ermənistana hərbi reveransları Azərbaycan qarşısında duruş gətirməyə hesablanıb. Ötən həftə Rusiya-Ermənistan birgə qoşun növünün komandiri general Makaryan Azərbaycana qarşı bu ordudan Qarabağda lazım gələrsə  istifadə edəcəyini və bir başa Rusiya prezidentinin deyil, Ermənistan prezidentinin əmrinə tabe olacağını dolayısı ilə qeyd etdi. Və onun bu hərəkətləri nizamnamədə əks olunduğunu qeyd etməsi, Rusiyadan rəsmi şəkildə təkzibin verilməməsi, suallar  doğurur və Makaryanın fikirlərinin doğru olduğu vurğusu kimi anlaşılır.  

"Halbuki Rusiya buna sərt cavab verə bilərdi. Yaxudda Cənubi Hərbi Dairəsinin komandanlığı. Makaryanın dediyi kimi 102-ci baza və Erebuni aviasiya bazasında olan hərbi helikopter və qırıcılar müharibə vaxtı bunun komandanlığı ilə hərəkət edib, Azərbaycanın hava sərhədlərini pozarsa, Azərbaycan Rusiyanın deyil, Ermənistana tabe olan aviasiyanı vurur. Bundan əlavə Azərbaycanın hava sərhədlərini pozan bütün obyektlərin vurulmasında Azərbaycanın tam hüququ var. Ermənistan fikirləşə bilər ki, Rusiyaya məxsus olan Təyyarələri Azərbaycan vurmağa çəkinə bilər. Əsla belə deyil. Istənilən ölkənin hərbi Təyyarəsi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etsə, düşünmədən vurular. Rusiya buna görə Azərbaycana qarşı hüquqi təzyiq edə bilməz"-deyə politoloq bildirdi.  

"Onsuz da Rusiya Azərbaycan əleyhinə Ermənistana tam dəstək ifadə edir. Torpaqları da birgə işğal ediblər. Müharibədə Rusiyanın əsgərləri və tankları Azərbaycana qarşı döyüşürdü. Onların vurulmasında kim bir söz deyə bildi?.. Ermənistan hazırda vəziyyəti gərginləşdirməkdə, danışıqları sabotaj etməkdədir. ABŞ, Fransa və Rusiya münaqişənin həllində maraqlı deyil.  Rusiya Ermənistanda hərbi bazanı genişləndirməyi nəzərdə tutub.  Baş verənlər sülhə deyil, müharibəyə xidmət edir."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az