"Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu"-General Hikmət Həsənov


Azərbaycanın Müdafiə Nazirliyi aprel qələbəsinin ildönümü ilə bağlı videsujet hazırlayıb. Kadrlarda aprel döyüşlərinin qəhrəmanlarının fikirləri yer alıb.

General-mayor Hikmət Həsənov bildirib ki, ötən il martın sonunda təmas xəttində yaranmış vəziyyəti dəyərləndirən müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə xəttinə sonuncu səfəri zamanı qoşunların düşmənlə aktiv müdafiədən, daha kəskin zərbələrin vurulması mövqeyinə gətirilməsi üçün lazım olan tədbirlərin görülməsi və adekvat addımların atılması ilə bağlı göstəriş verib.

Generalın sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-diversiya qrupları Talış, Tapqaraqoyunlu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinə əvvəlcə minaatanlardan zərbə endirib, bunda sonra isə düşmənin kəşviyyat-diveriya qrupları hücuma keçməyə cəhd göstərib: 

"Şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun qüvvələri ilə hücum edən düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xəttə olan mövqeləri ələ keçirildi, eyni zamanda düşmənin müdafiə xəttinin dərinliklərinə irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri ələ keçirdik. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin edildi.

Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər. Buna misal olaraq, bizim tank əleyhinə batareyanın komandiri kapitan Balıyevi, gizir Eynullayevi nümunə göstərmək olar. Onlardan başqa, neçə-neçə hərbi qulluqçumuz son ana qədər döyüşərək düşmənə ağır zərbələr vurdular. Onların qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tam təmin olundu.

Ümumiyyətlə, döyüş əməliyyatı nəticəsində işğaldan azad olunmuş mövqelərdən Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər".
[video=http:// ]
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az