Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı

Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

Miq.Az-ın Report-a istinadən məlumatına görə, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.

Allah rəhmət eləsin!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az