Azərbaycan ordusunun səsgücləndiricisi Ömər aşırımında: azan səsi dağları bürüdü

Azərbaycan ordusunun səsgücləndiricisi Ömər aşırımında: azan səsi dağları bürüdü

İşğaldan azad olunan Murov silsiləsinin Ömər aşırımında ilk dəfə azan səsləndirilib. Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun səsgücləndirici avtomobili Ömər aşırımında dayanaraq azan səsini bütün Kəlbəcərə, Murov dağlarına yayıb.

1993-cü ilin aprelində Kəlbəcər düşmən tərəfindən işğal ediləndə rayon əhalisi Ömər aşırımından keçən yeganə dağ yolu ilə qaçıb xilas ola bilmişdilər. Bu zaman bir çox kəlbəcərlilər soyuqdan donub ölüb, əsir düşməmək üçün özlərini qayadan atan qız-gəlinlər olub.

10 noyabr üçtərəfli razılaşmasına əsasən düşmən 2020-ci il noyabrın 25-də Kəlbəcəri tərk edəndə Azərbaycan ordusunun bölmələri yenidən Ömər aşırımından keçərək rayona daxil olublar.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az