Azərbaycan prezidentinin ABŞ səfəri bitdi

Azərbaycan prezidentinin ABŞ səfəri bitdi
Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrinin açılışına qatılan prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb.

Ötən gün İlham Əliyev assambleya qarşısında çıxış edib. Dövlət başçısı səfəri çərcivəsində müzakirələrin açılışına qatılıb, ABŞ prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar təşkil edilən qəbulda iştirak edib. 
Dövlət başçısı qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişilməz saxlaması üçün əlindən gələni edir və danışıqlardan yayınır: "Ermənistan 24 ildir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrə məhəl qoymur və buna görə heç bir məsuliyyət daşımır".
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az