"Azərbaycan səhiyyəsi terror mexanizmi ilə çalışır"-Səbuhi Abbasov


Bu ölkənin səhiyyəsi sadəcə olaraq terror mexanizmi ilə çalışır. Buna biri dur deməlidir. Paytaxtda və regionlarda iyrənc mənzərə yaranıb. 

Hər gün minlərlə insan bu və ya digər formada bu səhiyyənin qurbanına çevrilir. Səhv diaqnozlar, saxta dərmanlar, savadsız həkimlər, pula görə min bir oyundan çıxan klinikalar sadəcə olaraq genofondumuzu zədələyir. Bir qurum nə qədər bu xalqa nifrət etməlidir ki, belə bir sistemlə çalışsın. Bu işdə Gömrük Komitəsinin də "misilsiz xidmətləri" var. Hər 10 dərmanda 7-si saxtadır. Gömrük şefi də deyir 1 faiz göstərin istefa verim. Qəddafi zamanında saxta dərmanı ölkəyə buraxanları ilk növbədə işıqfordan asdırırdı. İndi asmaq imkanı yoxdu, düzgün deyil falan, amma bu prosesə şiddətli şəkildə dur demək lazımdır. Olmaz bəylər, olmaz. İran, Gürcüstan, Rusiya, Türkiyə, biraz da sıxsan Almaniya səhiyyəsi bizim insanların pulları üzərində dayanır. Kim və niyə bu milləti pərən-pərən salıb? Yazırsan vay, yazmırsan var. Vallah, billah hər gün bir neçə adamın həkimlər tərəfindən necə aldadığının şahidi oluram. Adamları cin çıxardanların qapısına salan da elə bu səhiyyə sistemidir. Köklü şəkildə dəyişməlidir, yeni bir sistem, savadlı gənc kadrlardan ibarət komanda formalaşmalıdır. Əks halda biz gələcəyə yalnız və yalnız salxaq, qırıq, yarımcan bir nəsil buraxacağıq...

(Yazı Səbuhi Abbasovun feysbuk səhifəsindən götürülüb)

Səbuhi Abbasov 
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media eksperti 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az