Azərbaycan vətəndaşı Gürcüstanda heroinlə saxlanılıb

Azərbaycan vətəndaşı Gürcüstanda heroinlə saxlanılıb
Gürcüstanda 1966-cı il təvəllüdlü E.H. adlı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Naazirliyi məlumat yayıb.
Saxlanılan şəxsdən iki bağlamada ümumi çəkisi 114 qram olan heroin müsadirə olunub.
Azərbaycan vətəndaşı ilə bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılması faktı üzrə istintaq başlanılıb. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az