Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb

Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb
Bu il Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov "Report”a açıqlamasında deyib ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.
Onun sözlərinə görə, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur: "Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az