Azərbaycanda 115 nəfəri ilan, əqrəb və qara qurd sancıb

Azərbaycanda 115 nəfəri ilan, əqrəb və qara qurd sancıb
Azərbaycanda aprel ayından indiyədək 115 nəfəri ilan, əqrəb və hörümçəyin bir növü olan qara qurd sancıb.

Miq.az xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, Azərbaycanda aprel ayından indiyədək 71 nəfər ilansancma, 18 nəfər qaraqurd, 26 nəfər sarı əqrəb sancması şikayəti ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
A.Maqsudov qeyd edib ki, qaraqurd və sarı əqrəb sancmaları ilə bağlı şikayətlər əsasən Bakıətrafı ərazilərdə yaşayan insanlar tərəfindən daxil olub.
Şöbə müdiri bildirib ki, statistikaya əsasən, ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri və Hacıqabul, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur.
Onun sözlərinə görə, yanvar ayından indiyədək 118 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alıb.
A.Maqsudov əlavə edib ki, bu il qeyd edilən sancma və dəm qazından zəhərlənmə hadisələri nəticəsində ölüm baş verməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az