Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi-FOTOLAR

Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi-FOTOLAR

Miq.Az  lent.az-a istinadən xəbər verir ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur. Xəsarət almış Teyyub Tağıyev isə "Odessa Teyyub” adı ilə tanınır və kriminal dairələrə yaxın olduğu bildirilir.

Saxlanılan Azər Məmmədov haqqında Azərbaycan mətbuatında ilginc iddialar yazılıb. edib. Belə ki, A.Məmmədov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olub. Atası Pirverdi Məmmədov əvvəllər Şirvandakı yağ zavodunun müdiri olub.

Bildirilir ki, bu, Azər Məmmədovun ilk cinayəti deyil. Belə ki, o, əvvəllər kriminal hesablaşmalar fonunda rayonda daş-qum bazarını işlədən və "Çoban” kimi tanınan şəxsi güllələyib. Ağır yaralı halda rayon xəstəxanasına çatdırılan "Çoban”ın həyatını xilas etmək mümkün olub.  Daha sonra o, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika zavodu”nda işləyən Babək adlı şəxsi ölümcül halda döyüb. 2015-ci ildə "Qazel” sürücüsü Rəsul adlı şəxs də "Hacı Azər” tərəfindən güllələnib. İddia edilir ki, Azər Məmmədov rayonda obyektlərdən pul tələb edirmiş. Aylıq haqqı çatdırmayan sahibkarlar onu tərəfindən hədələnirmiş.

"Hacı Azər” kimi tanınan Azər Məmmədovun Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olmuş Kamran Zeynalovun üstünə silah çəkdiyi də yazılır. Şirvanın polis rəisi bundan xəbər tutduqdan sonra "Hacı Azər”in silahı alınaraq atası Priverdi Məmmədova təhvil verilib. Kamran Zeyanlov isə Şamaxıya rəis müavini göndərilib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az