Azərbaycanda 20 yaşlı oğlan cəsarətinin qurbanı oldu – FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanda 20 yaşlı oğlan cəsarətinin qurbanı oldu – FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Miq.az publika.az-a istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kəndində 1998-ci il təvəllüdlü Yusifov Novruz Sərxan oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, həmin kənddəki metal qəbulu sexində fəhlə işləyən 20 yaşlı oğlan "Kamaz" markalı yük maşınının üstünə çıxaraq aşağı sallanan elektrik naqilini qaldırmağa çalışıb. Bu zaman o, naqilə əli ilə toxunub və cərəyan vurması nəticəsində yanaraq ölüb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az