Azərbaycanda 3 uşaq anası 10 aylıq uşağını da götürərək evdən qaçdı

Azərbaycanda 3 uşaq anası 10 aylıq uşağını da götürərək evdən qaçdı
Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.

Miq.az ölkə.az
-a istinadla xəbər verir ki, hadisə sentyabrın 25-də baş verib.

Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.
Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.
Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az