Azərbaycanda 5 nəfər maşının altında qalıb öldü

Azərbaycanda 5 nəfər maşının altında qalıb öldü
Daxili İşlər Nazirliyi ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. 
 
Miq.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-də saat 6 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Xuraman Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Noyabrın 23-nə keçən gecə saat 1 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Hacıqabul rayon sakini Cavid Zalıyev idarə etdiyi "MAN” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb
Noyabrın 22-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Vüqar Rubəxşi idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Zəhra Kərimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Noyabrın 22-də saat 16 radələrində Bərdə rayonunun Cicimli kəndində Tərtər rayon sakini Yaşar Muxtarov idarə etdiyi "QAZel” markalı avtomobillə yolu keçən rayon sakini Yusər Rəcəbovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, noyabrın 23-nə keçən gecə Yasamal rayonunda da piyada ölümü qeydə alınıb. Marşrut avtobusu 53 yaşlı qadını vurub öldürüb.
 
*****
Son sutka ərzində Bakıda 3 piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub.
 
 Lent.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində "MAN" markalı, 99 JX 960 dövlət qeydiyyat nişanlı yük maşını 35-40 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Oxşar hadisə Yasamal rayonu Moskva prospektində də baş verib. "Xaliq Faiqoğlu" şirkətinə məxsus olan və 65 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı, 10 TH 304 nömrəli avtobus dayanacağın qarşısında 54 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada vəfat edib.
 
Bundan başqa Sabunçu rayonu Şəhər şosesində "BMW X5" markalı avtomobil 70 yaşlı qadını vurub öldürüb.
 
Hər 3 hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az