Azərbaycanda araq BAHALAŞDI

Azərbaycanda araq BAHALAŞDI

Ticarət şəbəkəsində yerli istehsal arağın qiyməti 5-20% artıb, lakin bəzi istehsalçıların məhsullarının qiymətində artım 40 faizə çatır.


Miq.az virtualaz.org-a istinadən xəbər verir ki, eyni zamanda konyak, likyor və şərablar da bahalaşıb. Lakin sonuncu qeyd olunanlarda qiymət artımı elə də əhəmiyyətli deyil. Alkoqollu içkilərin qiymətlərinin yüksəlməsi aksizlərin bahalaşması ilə bağlıdır.

Qeyd edək ki, pivənin qiyməti dəyişməyib.

Xatırladırıq ki, iki gün öncə Azərbaycanda siqaretlər bahalaşıb. Artım orta hesabla 10-20% təşkil edib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az