Azərbaycanda avtobus qadınların üstündən keçdi: ölənlər var

Azərbaycanda avtobus qadınların üstündən keçdi: ölənlər var
Sumqayıtda qadının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Lent.az xəbər verir ki, dünən axşam saatlarında şəhərin Sülh küçəsində 1969-cu il təvəllüdlü Abdullayeva Arzuyə Məlikəjdər qızı və 1988-ci ildən anadan olmuş Rzayeva Nuşabə Hakan qızını vurub öldürən nəqliyyat vasitəsinin, Sumqayıt sakini, Məhəmməd Behbudovun sürdüyü "Hyundai" markalı, 90 AD 889 dövlət nömrə nişanlı xətt avtobusu olduğu müəyyən edilib. Marşrut avtobusu qaranlıqda yolu keçmək istəyən qadınların üstündən keçib və onların hər ikisi hadisə yerində ölüb.
 
***** 
Sumqayıtda yol qəzasında ölən qadınların şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Sülh küçəsində avtomobilin vurub öldürdüyü şəxslərin 1969-cu il təvəllüdlü Abdullayeva Arzuyə Məlikəjdər qızı və 1988-ci ildən anadan olmuş Rzayeva Nuşabə Hakan qızı olması müəyyənləşib.
Qəzanı törədən sürücü saxlanılıb, Avtomobil cərimə meydançasına aparılıb.
Araşdırma aparılır.
 
*****
 Sumqayıtda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Lent.az xəbər verir ki, Sumqayıt şəhərinin mərkəzindəki Sülh küçəsində "Hyundai" markalıavtomobil yolu keçən qadınları vurub. Nəticədə ağır xəsarət alan 29 və 48 yaşlı iki qadın hadisə yerində ölüb.
 
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az