“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov
Azərbaycanda sahibkarlar banklardan kredit almaqda böyük əziyyətlər çəkir.

APA -nın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, banklar sahibkarlarla çalışmağa maraqlı olmalıdır. Amma banklar tərəfindən kreditlər çox yüksək faizlə verilir.
"Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur, real sektora kreditlərin verilməsindən isə çəkinir”, – deyə V. Əhmədov bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az