Azərbaycanda daha bir FACİƏVİ HADİSƏ: 1 ölü, 2 yaralı

Azərbaycanda daha bir FACİƏVİ HADİSƏ: 1 ölü, 2 yaralı
Xızıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

DİN-in Mətbuat xidmətindən Miq.az-a bildirilib ki, noyabrın 19-da saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub. Nəticədə Ş.Ələkbərov və sərnişinlərindən İsmayıllı rayon sakini Leyla Mustafazadə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az