Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan qardaşını qətlə yetirdi

Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan qardaşını qətlə yetirdi

Goranboy rayonunda qardaşını qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Trend-ə Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü Xəlil Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İsmayıl Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahişə edib.

Mübahisə nəticəsində X. Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

İ.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az