Azərbaycanda dəhşətli hadisə: Xəstəxana gedə bilərsən dedi, 5 gün sonra öldü

Azərbaycanda dəhşətli hadisə: Xəstəxana gedə bilərsən dedi, 5 gün sonra öldü
Şəmkir rayonunda baş vermiş qəzada xəsarət alan qadın vəfat edib.

Miq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 23-də saat 13 radələrində Şəmkir rayonu ərazisində şəhər sakinləri İkram Məmmədovun idarə etdiyi "Pejo” və Maarif Məmmədovun idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədova və İ.Məmmədovun sərnişini, arvadı Xanım Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. X.Məmmədova noyabrın 28-də yaşadığı evdə ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az