Azərbaycanda dəhşətli hadisədə ölən 4 nəfərdən biri tələbə olub - FOTO

Azərbaycanda dəhşətli hadisədə ölən 4 nəfərdən biri tələbə olub - FOTO

Bu gün Neftçala rayonunda baş vermiş qəzada dünyasını dəyişən 4 nəfərdən biri tələbə olub.

Publika.az Trend-ə istinadən xəbər verir ki, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində ölən 4 nəfərdən biri Yardımlı rayonu, Kürəkçi kənd sakini 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu tələbə olub. O, Azərbaycan Texniki Universitetinin 4-cü kursunda təhsil alırdı.

Bir neçə gün əvvəl ona hərbi xidmətə çağırış vərəqəsi gəlib. Cavid Yaqubov da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.

Xatırladaq ki, Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az