Azərbaycanda DƏHŞƏTLİ QƏZA: sürücü öldü, 5 nəfər ağır yaralandı

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: sürücü öldü, 5 nəfər ağır yaralandı
Şəkidə ağır yol qəzası baş verib.

Miq.az trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi "Chevrolet Niva" markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.
Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər – Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az