Azərbaycanda dolların 2020-ci ilə qədər olan məzənnəsi açıqlandı

Azərbaycanda dolların 2020-ci ilə qədər olan məzənnəsi açıqlandı
Azərbaycanda dolların məzənnəsinin yaxın 2 ildə sabit qalacağı gözlənilir. 

Miq.az Report-a istinadən xəbər verir ki, bu proqnozla "Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi çıxış edib. 

Agentliyin Azərbaycan iqtisadiyyatının yaxın 4 ildə perspektivləri ilə bağlı hesabatında bildirilib ki, dolların məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə isə 1,87 manat təşkil edəcək.

"Standard & Poor's” həmçinin bildirib ki, ölkədə depozitlərin dollarlaşma dərəcəsi 60%-dən yuxarı qalmaqda davam edir. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətə təsir cəhdlərini məhdudlaşdırır. Həmçinin, yerli valyutada kapital bazarının kiçik həcmdə olması AMB-nin əməliyyatlarının effektivliyini aşağı salır: "AMB-nin monetar siyasətinin aşağı effektivliyə sahib olması bizim Azərbaycanla bağlı reytinqimizi məhdudlaşdırır”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az