Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir

Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir
Azərbaycanda şirkətlərə "halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Miq.az
-ın məlumatına görə, bu barədə Foodinfo.az-ın sorğusuna cavab olaraq Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.
"Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır. Sahibkarlar "halal” sertifikatı hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən veriləcək”, – deyə, Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.z-a bildirilib.
Qeyd edək ki, hazırda şikətlərə "halal” sertifikatını "AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Agentliyin sədri Qoşqar Təhməzlidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az