Azərbaycanda icbari tibbi sığorta haqlarının məbləği dəqiqləşdi

Azərbaycanda icbari tibbi sığorta haqlarının məbləği dəqiqləşdi

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyən edilib.


Modern.az-ın məlumatına görə, bu barədə "Tibbi sığorta haqqında” qanunun 15-10 –cu (İcbari tibbi sığorta üzrə sığorta haqları) maddəsində qeyd edilib.

İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:

1. Xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

Xidmətlər zərfinin əlavə hissəsi üzrə:

Bu Qanunun 15-2.3.1-ci (Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər) və 15-2.3.2-ci (neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslər) maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən – işçinin əmək haqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) – 15-2.3.6-cı (ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar) maddələrində nəzərdə tutulan şəxslərə üzrə – təqvim ili üçün adambaşına 120 manat müəyyən edilib.

Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş icbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

"Tibbi sığorta haqqında” qanuna dəyişikliklər Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az