Azərbaycanda icra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO

Azərbaycanda icra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Miq.Az xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.

Faktla bağlı araşdırma aparılır.
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az