Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb
Azərbaycanda koronavirus infeksiyasına ümumilikdə 273 yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Miq.Az-a verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az