Bakıda gecə saatlarında itlərin parçalamaq istədiyi 2 yaşlı Lalənin qohumlarının tapılması ilə dəhşətli faktlar da üzə çıxmaqda davam edir.


Miq.az Milli.Az-a istinadən xəbər verir ki, özünü azyaşlının bibisi kimi təqdim edən Rəna adlı gənc qadın dilənçilik etdiyini etiraf edib.

Təəccübləndirən detallar bununla bitməyib…

"Səni axtarıram”da məlum olub ki, Lalənin anası baldızı və qayınanasının efirdə dediyi kimi "dəli”, əqli qüsurlu deyil. Hələ 2009-cu ildə qaraçılar tərəfindən qaçırılan Nailə (2 yaşlı Lalənin anası), təhdid, zülm, işgəncə ilə Asif adlı şəxsin ikinci həyat yoldaşı edilib. Cütlüyün dünyaya gələn iki övladı bibisi və nənəsi tərəfindən yastıqla boğularaq öldürülüb. Bütün bunları canlı yayıma zəng edən Nailə bildirib.

Studiaya gələrək özünü Nailənin qonşusu kimi təqdim edən qadın da onun sözlərini təsdiq edib. Qonşu Nailənin qaçırıldığı barədə vaxtı ilə anasının hətta keçmiş ANS telekanalına da qızının tapılmasına kömək üçün müraciət etdiyini deyib.

Nailənin onların əlindən xilas olmaq üçün dəfələrlə qaçmağa cəhd etdiyini, lakin hər dəfəsində tapılaraq yenidən geri qaytarıldığını bildirən qonşu "Nailə bir dəfə qaçmışdı, tapıb geri qaytarandan sonra bıçaqlamışdılar” sözləri ilə hər kəsi dəhşətə gətirib.

Qeyd edək ki, Nailənin sonradan dünyaya gələn 5 uşağı bugün Azərbaycanın müxtəlif ərazilərində anası ilə dilənçiliyə məcbur edilir.

Cinayətkar dəstə olduqları iddia edilən ailə ilə bağlı tükürpədən faktlar videoda: