Azərbaycanda ölən erməni həbçilərinin dəfn mərasimi: GİZLƏDİLƏN GÖRÜNTÜLƏR

Azərbaycanda ölən erməni həbçilərinin dəfn mərasimi: GİZLƏDİLƏN GÖRÜNTÜLƏR

Azərbaycanın işğal olunmuş ərazilərində son günlər atışma nəticəsində öldürülən erməni hərbçiləri ilə bağlı maraqlı fotolar yayılıb. Belə ki, cəbhədə ölən erməni həbçilərinin dəfn mərasimi ilə bağlı GİZLƏDİLƏN GÖRÜNTÜLƏRlə szi də tanış olun.

Ermənistan Silahlı Qüvvələrinin son günlər cəbhədə həlak olmuş hərbiçilərinin dəfn mərasimlərində çəkilmiş fotoşəkillər yayılıb.

Bütün cəbhə boyu təxribatlara əl atan düşmən bütün cəhdləri zamanı Azərbaycan odusunun ciddi müqaviməti ilə üzləşərək ağır itkilər verməklə geri oturdulub. Lakin erməni tərəf həmin itkiləri bir neçə gün ictimayyətdən gizlədib.

Miq.Az xəbər verir ki, əhalinin ciddi təzyiqlərinə məruz qalan işğalçı ordu öz itkilərini etiraf etməyə başlayıb. Cebhe.info-ya istinadən sizə təqdim etdiyimiz fotolar düşmənin yüksək rütbəli zabitlərinin dəfn mərasimində lentə alınıb.

Ermənistandan olan sosial şəbəkə istifadəcilərinin və bir neçə erməni KİV-nin yaydığı məlumata görə, son döyüşlərdə 25-dən artıq erməni hərbi qulluqçu həlak olub. Onların əksəriyyətinin yüksək rütbəli zabitlər olduğu  məlumatda qeyd edilir.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az