Azərbaycanda ölüm əmsalı göstəricisi yüksək olan rayonlar açıqlanıb - SİYAHI

Azərbaycanda ölüm əmsalı göstəricisi yüksək olan rayonlar açıqlanıb - SİYAHI

2010-2018-ci illərdə Azərbaycanda şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 000 nəfərdən 5 000-ə düşüb.”Report” xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov bildirib.
Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2017-cı ildən təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enib: "Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin payına düşür. Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olub”.
Etibar Bədəlov qeyd edib ki, ölüm əmsalı göstəricisi artımla (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir: "Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir”.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az