Azərbaycanda orqan transplantasiyası aparan müəssisələr SİYAHI

Azərbaycanda orqan transplantasiyası aparan müəssisələr SİYAHI
Azərbaycanda orqan transplantasiyası əməliyyatları aparmağa icazə verilən müəssisələrin sayı artırılıb.

Miq.az Trend-ə istinadən xəbər verir ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na "Gəncə Müalicə Diaqnostika Mərkəzi" MMC-nin də adı əlavə edilib. Mərkəzdə böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi kimi orqan və (və ya) toxumalarının transplantasiya əməliyyatları icra edilə bilər.

İndiyədək bu müəssisələrin siyahısına M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası (böyrəklər), Mərkəzi Gömrük Hospitalı (qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası), Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi (gözün buynuz qişası), Mərkəzi Neftçilər Xəstəxanası (qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası) daxil olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az