Azərbaycanda orta aylıq əmək haqqı artdı – RƏSMİ

Azərbaycanda orta aylıq əmək haqqı artdı – RƏSMİ
Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 517,8 min nəfər olub.

"Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,8%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 525,4 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az