“Azərbaycanda Qarabağ məqsədli şəkildə unutdurulur”-Qubad İbadoğlu

 “Azərbaycanda Qarabağ məqsədli şəkildə unutdurulur”-Qubad İbadoğlu

"Qarabağın başının üzərində yenidən qara buludlar dolaşır”.

Bunu Azərbaycan Demokratik və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu xatırladıb ki, noyabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağa gələrək bir sıra hərbi hissələrə gedərək, hərbi xidmətin gedişi və mövcud vəziyyətlə tanış olub: "Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri" Karen Abramyan müşayiət ediblər. Təmas mövqelərində Nikol Paşinyan və Bako Saakyana cəbhədəki vəziyyət, postlarda yaradılan mühəndis və texniki təchizat sahəsində görülən işlər barədə məlumat veriblər. Azərbaycana meydan oxuyan Paşinyanın demək olar ki, hər ay sərbəst şəkildə Dağlıq Qarabağa gələrək, orda sərsəm bəyanatlar verməklə, Azərbaycanın ünvanına hədyanlarla yağdırmaqla işğal mövzusunu ölkəsinin ictimai diqqətində saxlayır. Azərbaycanda isə Qarabağ məqsədli şəkildə unutdurulur”.

O qeyd edib ki, dekabrın 2-də dəfələrlə ermənipərəst mövqe sərgiləyən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Bakıya səfər edir: "Azərbaycan hakimiyyəti də belələrini yüksək səviyyədə qəbul edir və yola salır”. (Pravda.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az