Azərbaycanda qətl törədən şəxs Almaniyada həbs edilərək ölkəyə gətirildi

Azərbaycanda qətl törədən şəxs Almaniyada həbs edilərək ölkəyə gətirildi

Azərbaycanda qətl törədən şəxs Almaniyada həbs edilərək ölkəyə gətirilib.

Bu barədə "Report”a Ədliyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Almaniya tərəfi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəyə gətirilib.
Məlumatda həmçinin qeyd olunur ki, ümumiyyətlə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az