Azərbaycanda qohumlar arasında dava – 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi

Azərbaycanda qohumlar arasında dava – 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi
Samux rayon Qarayeri qəsəbəsində qohumlar arasında dava baş verib.

Miq.az BAKU.WS-ə verdiyi məlumata görə, dava zamanı tərəflərdən biri digərinin üzərindən NİVA markalı avtomobillə keçib.
18-yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədənin müəyyən hissələrinə sınıq diaqnozu qoyulub.
İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident də onlar arasında yaşanan mübahisədən sonra baş verib.
Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux rayon Polis İdarəsində əməliyyat istintaq qrupu yaradılıb.
Faktla bağlı araşdırma apaılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az