Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var

Azərbaycanda şadlıq evində faciə: Tavan uçdu, ölən var

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Miq.Az Trend-ə istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib.

Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub.

Nəticədə 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az